
Qapılar döyülür: Harın icra başçılarının sonu yaxınlaşır
Yusif Nəzərli
05:33 24.06.2025
Ölkə
507
“Qanunu saymayanlara” siqnal: DTX əməliyyatları davam edəcək!
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat nəticəsində Qax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Musa Şəkiliyev saxlanılıb. Səbael Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. İttihama görə, Musa Şəkiliyev qulluq mövqeyindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilir.
Qeyd edək ki, iyunun 21-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən sabiq icra başçısının həbsi ölkədə korrupsiyaya qarşı mübarizənin nə qədər sistemli və qətiyyətli şəkildə aparıldığını bir daha təsdiqləyir. Son illər Azərbaycanda şəffaflığın təmin olunması, vəzifə səlahiyyətlərinin pozulmasının qarşısının alınması istiqamətində atılan addımlar, DTX və digər müvafiq qurumların genişmiqyaslı əməliyyatları ilə müşayiət olunur. Bu proses yalnız müəyyən şəxslərin məsuliyyətə cəlb olunmasından ibarət olmayıb, həm də dövlət idarəçiliyində sağlamlıq və ədalətin təmin olunması, vətəndaşların dövlətə olan inamının artırılması məqsədini daşıyır.
İcra başçısının həbsini şərh edən ekspertlər də hesab edir ki, korrupsiyaya qarşı mübarizə ölkəmizdə davamlı xarakter daşıyır və bu istiqamətdə fəaliyyətlər gələcəkdə də intensivləşdiriləcək.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda artıq icra hakimiyyəti başçılarının korrupsiya ittihamı ilə saxlanılması nadir xəbər deyil, sistematik tendensiyaya çevrilib.

DTX-nin həyata keçirdiyi əməliyyatların həm xalqın, həm də dövlətin maraqları baxımından mühüm əhəmiyyətə malik olduğunu deyən A.Həsrət qeyd edib ki, nə qədər ki, qanunu saymayan, harınlamış icra başçıları var, DTX bir o qədər çox əməliyyat keçirəcək: “Əlbəttə, heç kimin həbs olunmasını arzulamırıq, amma Prezident İlham Əliyevin etimad göstərib, vəzifə tapşırdığı şəxslər bu etimadı layiqincə doğrultmağa borcludular. DTX bu əməliyyatı keçirməyə ehtiyac görübsə, demək ki, əllərində yetəri qədər fakt və dəlillər olub. Bu dəlillərə əsaslanaraq belə bir əməliyyat keçiriblər. Qeyri-rəsmi məlumatlarda korrupsiya halları olduğu bildirilir. Əməliyyatın konkret detalları isə yəqin ki, yaxın günlərdə ictimaiyyətə açıqlanacaq. Prezidentin etimad etdiyi vəzifəli şəxslər dövlətə və ölkə başçısına xəyanət etməməli, vətəndaşı dövlətdən narazı salmamalı, dövlət əmlakını talamamalıdır. Heç kim, nə naziri, nə icra başçısı, nə deputatı statusuna arxayın olub vəzifə səlahiyyətlərini aşmamalıdır. Qanun qarşısında hər kəs bərabər hüquqa sahibdir. Digər rayonlarımızda da vəzifə səlahiyyətlərini aşan, vətəndaşları narazı salan, xırda problemləri belə gözardı edən başçılar var. Çox güman ki, gələcəkdə onlarla bağlı da ölçü götürüləcək. Səhvləri olan səlahiyyətli şəxslər indidən özlərinə çəki-düzən versinlər ki, DTX onların da qapısını döyməsin!”.
Ekspert Prezident İlham Əliyevin “korrupsiyaya bulaşmış məmur bizimlə yol yoldaşı ola bilməz” fikrini xatırladaraq qeyd edib ki, dövlət bu prinsipial xətdən geri çəkilməyəcək və şəffaf idarəetmənin qurulması istiqamətində tədbirlər davamlı olacaq:
“Ölkə başçımız illər öncə korrupsiyaya bulaşmış məmurlara öz işlərində düzəlişlərin edilməsi istiqamətində tapşırıqlar verəndə qeyd etmişdi ki, əgər fəaliyyətlərində düzəlişlər edə bilmirlərsə, nə qədər gec deyil, vaxtında ərizələrini yazıb vəzifədən uzaqlaşsınlar. Görünür, onlar deyilənlərdən nəticə çıxarmır və düşünürlər ki, onların əməlləri görünmür. Bu, əsla belə deyil. Bu gün hər bir məmurun fəaliyyəti haqqında dövlətdə kifayət qədər məlumatlar var. Heç kim fikirləşməsin ki, ölkədə aparılan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri müəyyən vaxtdan sonra bitəcəkdir. Ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri də kampaniya xarakterli deyil”.
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm