Qovlar şəhərində 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq
16:56 15.08.2025
Ölkə
532
Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanan sənəd Qovların ilk strateji inkişaf konsepsiyası olmaqla şəhərdə müasir və komfortlu yaşayış mühitinin yaradılması, kənd təsərrüfatı torpaqlarının qorunması və tarixi kimliyin saxlanmasını hədəfləyir.
Tovuz rayonunun ərazisində yerləşən Qovlar 2012-ci ildən şəhər statusu daşıyır. Təsdiqlənmiş plana əsasən, burada 2027-ci ildən etibarən yeni yaşayış massivlərinin tikintisinə başlanılacaq. Xüsusilə şəhərin mərkəzində köhnə tikililər sökülərək, onların yerində 5-8 mərtəbəli müasir yaşayış kompleksləri inşa ediləcək.
Proqnozlara əsasən, 2027-ci ilə qədər şəhər əhalisinin sayı 17 min, 2040-cı ilə qədər isə 20 min nəfərə çatacaq. Bununla əlaqədar olaraq, yaşayış fondu 1,5 dəfə artacaq, adambaşına düşən yaşayış sahəsi isə 20 kvadratmetrdən 25 kvadratmetrə qədər yüksələcək. Ümumilikdə 192 min kvadratmetr yeni yaşayış sahəsinin tikintisi nəzərdə tutulur ki, bunun 117 min kvadratmetri birinci inkişaf mərhələsinə aiddir. Şəhərdə yeni yaşayış fondunun əsasını azmərtəbəli çoxmənzilli binalar təşkil edəcək.
Eyni zamanda, sosial infrastrukturun genişləndirilməsi planlaşdırılır. Belə ki, məktəblərdə şagird yerlərinin sayı 2544-dən 2910-a qədər artırılacaq, uşaq bağçalarının tutumu isə 170 nəfərdən 1200 nəfərə çatdırılacaq ki, bu da əhalinin artan tələbatını tam qarşılayacaq.
Bütün ölkə ərazisində olduğu kimi, burada da ekoloji tarazlığın qorunması əsas prioritetlərdən biridir. Bu məqsədlə zərərli təsirə malik sənaye və nəqliyyat obyektlərinin yaşayış zonalarından kənarlaşdırılması, rekreasiya zonalarının sahəsinin 8,7 hektardan 19 hektara qədər genişləndirilməsi nəzərdə tutulur. Bu tədbirlər şəhərin ekoloji yükünün azaldılmasına və sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Küçə-yol infrastrukturunun inkişafı da planda öz əksini tapıb. Bu məqsədlə küçə və yol şəbəkəsinin ümumi uzunluğu 107 kilometrə çatdırılacaq. Layihələndirmə zamanı şəhərin bütün məhəllələrinin xidmət sahələrinə bərabər çıxış imkanı təmin ediləcək. İlk mərhələdə 5 kilometrdən artıq velosiped yollarının salınması nəzərdə tutulur. Bu isə gələcəkdə velosiped marşrutlarının genişləndirilməsi və ekoloji nəqliyyat mühitinin təşkili üçün baza rolunu oynayacaq.
Şəhərdə dəmir yolu nəqliyyatı ilə inteqrasiya olunmuş müasir bir logistik mərkəz də yaradılacaq. Bu mərkəz sənaye və kənd təsərrüfatı məhsullarının qəbul edilməsi, saxlanması və daşınmasında mühüm rol oynayacaq, şəhərin iqtisadi dövriyyəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Eyni zamanda, Qovlar şəhərində sənaye potensialının artırılması nəzərdə tutulur. Belə ki, mövcud müəssisələrin genişləndirilməsi ilə yanaşı, səkkiz yeni sənaye obyektinin yaradılması planlaşdırılır. Yeni sənaye zonası təkcə şəhərin iqtisadi inkişafına deyil, eyni zamanda məşğulluğun artmasına mühüm töhfə verəcək.
Qovlarda “yaşıl” turizm, etnoturizm və ekoturizm kimi alternativ sahələrin təşviqi və müasir istirahət zonalarının yaradılması da diqqət mərkəzindədir. Bu həm yerli sakinlər, həm də şəhərin qonaqları üçün yeni istirahət imkanları yaradacaq.
Xəbər lenti
Hamısına bax
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
15:06 13.07.2026
Siyasət
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya