Qurban Yetirmişli: Dünən gecədən bu gün səhərə qədər Respublikada 36 təkan olub
10:25 28.02.2025
Ölkə
535
Yaxın günlərdə güclü zəlzələ olmayacaq
Fevralın 27-28-də Azərbaycanda bir neçə zəif maqnitudalı zəlzələ qeydə alınıb.
Belə ki, ötən gün İsmayıllı rayonunda 3,3 maqnitudalı yeraltı təkan baş verib, ocağı 46 km dərinlikdə yerləşib. Həmin gün Xəzər dənizində də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Fevralın 28-də isə yenə İsmayıllı rayonunda zəlzələ baş verib - yerli vaxtla saat 07:49-da qeydə alınan təkanların maqnitudası 3 olub, ocağı isə 3 km dərinlikdə yerləşib.
Zəlzələlər hiss olunmayıb və hər hansı fəsad törətməyib.
Geologiya-mineralogiya elmləri doktoru, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Sherg.az”a bildirib ki, dünən gecə 21:00 dan bu gün səhər saat 09:00 a qədər Respublika içərisində 36 təkan olub:
“Onlardan iki dənəsinin maqnitudası üçdən yuxarıdır. Bunların heç biri problem törədən deyil. Nə İsmayıllıda, nə də ki, Xəzər dənizində baş verən zəlzələ hiss olunmayıb. Həmçinin bu dağıdıcı zəlzələ ehtimalından xəbər vermir. Ümumiyyətlə zəlzələlərin maqnitudası 3 və 3.3 olduqda qorxulu və ya dağıdıcı təsirə səbəb olmur. Belə zəlzələlər kiçik təkanlar olaraq hiss edilsə də, insanların gündəlik həyatına ciddi təsir etməz. Çox vaxt bu cür zəlzələlər yalnız yerli sakinlər tərəfindən hiss olunur, amma böyük zərər vermir. Yaxın günlərdə güclü zəlzələ olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil