Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru Səidə Haqverdiyeva həyat yoldaşından boşanıb və vəzifəsindən azad olunub.
Kult.az xəbər verir ki, bu barədə rejissor özünün Feysbuk hesabında məlumat verib.
“Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən ayrıldım. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə mecbur edənlərin nəzərinə: bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Mən başıma gələn har şeyi açıq və aydın şəkildə yazacağam.
Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə!” - o qeyd edib.