SHXÇDX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə Sherg.az-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.

Sonra “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.