"Stomatoloji klinikalarda yoxlama: Nöqsanlar aşkarlandı
Yusif Nəzərli
18:46 18.02.2025
Ölkə
619
"2025-ci ilin ötən dövrü ərzində stomatoloji klinikalarda 21 planlı, yeddi plandankənar yoxlama keçirilib. Hələ ki, bu il lisenziyası ləğv edilən klinika olmayıb".
Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.
Qeyd olunub ki, "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-stomatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan, fiziki şəxs olaraq, qanunvericiliklə müəyyən olunan qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər:
"Stomatoloji ixtisas üzrə terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomatoloji, cərrahi stomatoloji və diş texniki üzrə lisenziya tələb olunduğundan, uyğun işlər üzrə tibbi praktiki fəaliyyət dövlət sertifikasiya şəhadətnaməsi və lisenziya əsasında həyata keçirilə bilər. Cərrahi stomatoloji iş üzrə lisenziya icazəsi olmayan şəxslər dişlərin çəkilməsi, ağız boşluğuna uyğun implantların yeridilməsi kimi əməliyyatları icra edə bilməz.
Diplomsuz və ya diplomu təsdiq edilməyən stomatoloqların fəaliyyət göstərməsi ilə bağlı vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilən qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunur.
Mövcud stomatoloq fəaliyyəti ilə məşğul olan şəxslərin heç də hamısı, təəssüf ki, dövlət qeydiyyatından keçməyiblər, yaxud təhsilləri uyğun olmadığı üçün Dövlət Səhiyyə Sistemi tərəfindən qəbul olunmur, lakin buna baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərənlər var ki, xüsusi ilə də regionlarda, bunlara da yuxarıda qeyd etdiyimiz kimi vətəndaş şikayətləri və yerli dövlət özünüidarəetmə orqanları tərəfindən daxil olan müraciətlər əsasında, aidiyyəti sahibkar subyektlərində qanunvericiliklə müəyyən olunan qaydada xidməti yoxlamalar keçirilərək barələrində müvafiq tədbirlər görülür. Bu tip şəxslər ilkin olaraq hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır, daha sonra fəaliyyətlərinin tibbi olub-olmaması barədə bizə müraciət daxil olur. Daha sonra məsələ ətraflı araşdırılaraq, barələrində tədbir görülərək növbəti icraata göndərilir", - deyə məlumatda vurğulanıb.
Ümumiyyətlə, hər bir vətəndaşın tibbi xidmət göstərən müəssisənin lisenziyası barədə, həmçinin də praktiki tibbi fəaliyyət ilə məşğul olan ixtisaslı həkim mütəxəssisin sertifikasiyası barədə müəssisə rəhbərindən məlumat əldə etmək hüququna malikdir.
Sənəd tələb edilmədikdə aidiyyəti orqanlara - Səhiyyə Nazirliyinin müvafiq qurumlarına və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edə bilər. Zərər çəkən şəxslər barədə onu vurğulamaq istərdik ki, mütləq qaydada hüquq- mühafizə orqanlarına müraciət etsinlər və uyğun olaraq da məhkəmə tibbi ekspertizanın rəyini əldə etsinlər.
Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), aem@pharma.az elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm