Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirirlər.
Teleqraf xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıblar.
Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər.
İddialara görə, 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb.
Aksiyaya yığışanlar bildirirlər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.