Vüqar Tofiqli: Bu gündən bələdiyyə sisteminin yeni dövrü başlayır
Yusif Nəzərli
11:18 29.01.2025
Ölkə
655
Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar saat 08:00-dan başlayan səsvermə prosesi davam edir. Mərkəzi Seçki Komissiyasının saat 12:00-a açıqladığı məlumata görə, ölkə üzrə seçici fəallığı 17,11 faiz təşkil edir. Bu saata qədər respublika üzrə 1 milyon 20 min 231 nəfər səs verib.
69 saylı Biləsuvar seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub. Belə ki, bu seçki dairəsində 53 min 660 seçicidən 13 min 17 nəfəri (24,26 faiz) səsvermədə iştirak edib.
Ümumiyyətlə, seçkilərdə 16 min 92 namizəd mübarizə aparır. Seçkilər zamanı respublika üzrə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir. Seçicilərin azad və sərbəst səs verməsi üçün zəruri avadanlıqlarla təmin edilmiş məntəqələrə 6 milyon 52 min 721 seçki bülleteni paylanılıb. Bələdiyyə seçkilərində səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir.
Bələdiyyə seçkilərini izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün bütün digər vasitələrlə yanaşı, 1000 seçki məntəqəsində veb-kameralar da quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Səsvermə saat 19:00-da başa çatacaq.
"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a bildirib ki, bu gündən etibarən bələdiyyə sisteminin yeni dövrünün başlanması kimi hesab etmək olar:
"Artıq 685 bələdiyyə formalaşdırılır və 8071 nəfər üzv seçiləcək. İndiyə qədər həm bələdiyyələrin birləşdirilməsi ilə bağlı atılan addımlar, o cümlədən son dövrdə qanunvericilikdə qəbul edilən aktlar dövlətin bu sahənin inkişafında maraqlı olmasından xəbər verir. Belə bir məqamda seçicilərin üzərinə müəyyən məsuliyyət yükü düşür. Yəni seçici olaraq seçki məntəqəsinə gedərək layiqli, işgüzar və bacarıqlı namizədə səs verməliyik. Bununla da nümunəvi bələdiyyənin formalaşmasında və seçici olaraq perspektivdə üzləşdiyimiz problemlərin həllində yaxından iştirak etmiş olarıq. Eyni zamanda səhər saatlarından başlayaraq səsvermə uğurla davam edir".
Ekspert əlavə edib ki, seçici aktivliyinin əvvəlki illərə nisbətən daha fəal olacağı gözlənilir:
"Həm seçkinin təşkili prosesi, həm kameraların quraşdırılması və digər texniki məsələlər tam şəkildə icra olunub. Məhz günün sonuna kimi bu cür davam edəcəyini gözləmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial