Xocalıda girov götürülən şəxs: Bıçağı uşaqlarımın boğazına dirəməklə mənə iztirab verirdilər
10:19 11.08.2025
Ölkə
423
Bakı Hərbi Məhkəməsində avqustun 11-də məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib.
"Report" xəbər verir ki, Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da daxil olmaqla doğmaları qətlə yetirilib.
Dövlət ittihamçısının suallarını cavablandıran zərərçəkmiş şəxs 7 gün Xankəndidə saxlanıldığını deyib. Martın 20-də özü, əkiz oğlanları isə martın 30-da girovluqdan azad edilib. “Girovluqda çox işgəncələr görmüşəm. Bıçağı götürüb əkiz uşaqlarımın boğazına dirəyib hədələdilər ki, başlarını kəsirik. Mənə bu cür iztirab verirdilər”, - deyə zərərçəkmiş şəxs bildirib.
Zərərçəkmiş şəxs Hafizə Səfərova ifadəsində 1991-ci il dekabrın 7-də yaşadığı Füzuli rayonunun Divanalılar kəndinə hücum zamanı özünün və doğmalarının girov götürüldüyünü söyləyib. O deyib ki, girovluq zamanı soyuq yerdə saxlanılıb, özü və digər girovlar pis rəftara məruz qalıb. Girovluqda saxlanılan zaman atası Kərim Səfərov işgəncələr verilməklə qətlə yetirilib. Yeddi gün sonra benzin və dizel yanacağı müqabilində girovluqdan azad olunub.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Xəbər lenti
Hamısına bax
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə
Prezident gənc nəsillə bağlı strateji çağırış etdi - RƏY
15:06 13.07.2026
Siyasət
ABŞ İrana raket zərbəsi endirib, bir nəfər yaralanıb
14:58 13.07.2026
Dünya