
İranda siyasi gərginlik daha da artacaq -ŞƏRH
Yusif Nəzərli
07:09 06.03.2025
Region
719
Məsud Pezeşkianın istefası qəbul edilərsə, baş verəcəkləri ali dini lider gözəl bilir
İranda siyasi gərginlik yaşanır. Vəzifəli şəxslərin istefası və impiçmentlər, eyni zamanda, ictimai narazılığın artması dövlət sistemindəki dərin çatları üzə çıxarır. Xüsusən də fevral ayında İslam İnqilabının 46-cı ildönümü zamanı Tehranda və digər iri şəhərlərdə keçirilən genişmiqyaslı etirazla, hökumət qüvvələrinin bu aksiyalara qarşı sərt müdaxiləsi cəmiyyətdə gərginliyin pik həddə çatdığını göstərir.
İqtisadi çətinliklər, siyasi böhran və güc mübarizəsi İranın gələcək taleyinə dair sualları daha da artırır. Məsud Pezeşkian hökuməti artıq ciddi təzyiqlərlə üzləşir, sərt xətt tərəfdarlarının üstünlük təşkil etdiyi reformist fiqurları bir-bir oyundan kənarlaşdırır. Hakimiyyət isə bu etirazları və daxili qarşıdurmaları güc yolu ilə yatırmağa çalışsa da, xalqın davamlı narazılığı və siyasi səhnədə baş verən dəyişikliklər ölkədə yeni bir dönəmin başlanğıcını qaçılmaz edir.
Qeyd edək ki, İranın vitse-prezidenti, tanınmış reformist Məhəmməd Cavad Zərifin istefası, iqtisadiyyat naziri Abdolnaser Hemmətinin impiçmenti, həmçinin Tehran Ali Məhkəməsində iki yüksək rütbəli hakimin müəmmalı şəkildə qətlə yetirilməsi daxili böhranın nə qədər ciddi olduğunu göstərir.
Ali Məhkəmədə baş verən qətl hadisəsi hakimiyyət daxilində parçalanmanı açıq şəkildə ortaya qoyur. Siyasi məhbusların ağır cəzalandırılmasında rolu olan hakimlərdən Əli Razinin və Məhəmməd Moqisehin bir məhkəmə işçisi tərəfindən güllələnməsi və qatilin dərhal intihar etməsi bunun təsadüfi hadisə olmadığını söyləməyə əsas verir. Bəzi siyasi müşahidəçilər bunu hakimiyyətdəki daxili çəkişmələrin və güc uğrunda aparılan mübarizənin nəticəsi kimi qiymətləndirir.
Maraqlıdır, impiçment və istefaların arxasında nələr dayanır?
İranda yaranmış son durumu siyasi gərginlik kimi qiymətləndirən Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfanın “Sherg.az"a açıqlamasına görə, bu gərginlik radikal və mühafizəkar qruplarla prezidentin başçılıq etdiyi islahatçı tərəflər arasındadır:

“İran Prezidenti Məsud Pezeşkianın istefa ərizəsi yazması və Türkiyə xarici işlər naziri Hakan Fidanın İran barədə söylədiyi tənqidi fikirlərlə bağlı yaranmış siyasi gərginlik Sasani varislərinin dünyadan tam təcridini şərtləndirən amillərin bariz təzahürlərindəndir. Daxili gərginliyin fonunda hakimiyyət daxilində islahatçı və mühafizəkar radikal qruplar arasında uçurum dərinləşir. İkinci Şah İsmayılı zəhərləyən, Nadir Şahı çadırında sui-qəsdlə öldürən gizli servisin xələfləri keçən günlərdə Prezident Pezeşkiana türkcə şeir söyləyərkən xəbərdarlıq da etmişdilər. Bunu həmişə demişik ki, İran görünən qüvvələr tərəfindən idarə olunmur”.
Cavad Zərifin istefasının bu həqiqətləri tam üzə çıxardığını vurğulayan T.İrfan qeyd edib ki, prezidentin istefa ərizəsini ali dini liderə təqdim etməsini ABŞ ilə danışıqlar məsələsində aralarında yaranmış ziddiyyətlə əlaqələndirirlər:
“Dini lider danışıqların aparılmasının əleyhinə, Prezident isə lehinədir. Çünki danışıqların dayandırılması gərginliyi artıra və İsrailin, hətta ABŞ-nin İrana hərbi müdaxiləsinə qədər aparıb çıxara bilər ki, Məsud Pezeşkian da bu şəraitdə yaranacaq vəziyyətdə məsuliyyəti boynuna götürmək istəmir. Əslində isə bir qədər əvvəl İran prezidentinin türk dili ilə bağlı verdiyi qərar bu gərginliyin əsl səbəblərindən biridir. Doktor Pezeşkianın “konstitusion haqlarımıza əsaslanaraq türkcənin tədris olunması ilə bağlı qərar verdik, qanunun yenidən məclisə göndərilməsinə gərək qalmadı” - formasındakı bəyanatının bu çalxantının səbəbi kimi ona qarşı təzyiq və təhdidləri aktivləşdirdiyini ortaya qoyur. Cavad Zərif hətta istefasının səbəbini açıqlayarkən ailəsinin təhdid olunduğunu belə dilə gətirməkdən çəkinməyib”.
Siyasi şərhçi daxili gərginliyin daha da artacağını, Məsud Pezeşkianın istefasının isə qəbul edilməyəcəyini bildirib:
“Çünki qəbul edilsə, baş verəcəkləri ali dini lider gözəl bilir. Ancaq Pezeşkian mühafizəkarlara, şüubiyyənin gizli servislərinə də ram olmayacaq. İstefa reallaşarsa, Pezeşkian və tərəfdarları, seçiciləri aktiv və daha çevik müxalif cəbhə formalaşdıra bilər ki, bununla da, daxili təlatümlər rejimin çökməsinə qədər davam edər. Ümumiyyətlə, son hadisələr vəziyyətin daha da gərginləşəcəyini göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat
Sabah 29 dərəcə isti olacaq
12:59 14.10.2026
Ekologiya