İranda Novruz çərşənbələrində yaralananların sayı 5500-ü ötüb.
APA “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar İdarəsinin sözçüsü Babək Yektapərəst bildirib.
Onun sözlərinə görə, indiyə qədər baş verən hadisələrdə 5568 nəfər xəsarət alıb, 19 nəfər ölüb.
Bildirilib ki, xəsarət alanlardan 338 nəfərin amputasiya olunub.
1557 nəfərin gözündən, 1531 nəfərin isə yanıq xəsarətləri var.
Ən çox yaralananlar 1049 nəfərlə Tehran, 866 nəfərlə Şərqi Azərbaycan və 620 nəfərlə Qərbi Azərbaycan vilayətindəndir.