"Türkiyə ilə Ermənistanı birləşdirən "Marğara" sərhəd-kecid məntəqəsi 21-31 mart tarixləri arasında açılıb. Türkiyə hökuməti bu tarixlərdə Ermənistandan Suriyaya humanitar yardım aparan 4 TIR-ın öz ərazisindən keçməsinə razılıq verib. Həmin TIR-lar nəzərdə tutulmuş yardımı Suriyaya çatdırdıqdan sonra eyni marşrutla Ermənistana qayıdacaqlar.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimov "Sherg.az"a deyib ki, sərhəd yalnız bu məqsədlə açılıb.
Ekspert vurğulayıb ki, bu, sərhədin daimi olaraq açılması demək deyil:
"Bununla bağlı Türkiyə rəsmi mövqeyini də ifadə edib. Türkiyənin bu addımı humanizm prinsiplərinə söykənir. Humanitar yardımın daşınması üçün Ermənistana imkan yaratması isə Azərbaycanın maraqlarına zidd addım anlamına gələ bilməz. Türkiyə və Azərbaycan regional və beynəlxalq siyasətdə hər zaman bir-birinin yanında olacaq. Bu isə artıq siyasət yox, tale məsələsidir".