İran tərəfinin sülh açıqlaması ritorik məna daşıyır -ANALİTİK
Yusif Nəzərli
10:19 28.07.2025
Region
260
İran Bakı və İrəvanı sülh müqaviləsinin imzalanmasını sürətləndirməyə çağırıb
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistanı sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməyə və yekunlaşdırmağa çağırıb.
“Cənubi Qafqazda baş verən proseslərə regiondan kənar qüvvələrin müdaxiləsi ilə bağlı dolaşan şayiələr region ölkələri tərəfindən rədd edilib,” – deyə Bəqayi vurğulayıb.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a bildirib ki, İran tərəfinin verdiyi açıqlama bir qədər ritorik məna daşıyır:
“Müxtəlif dövlətlər bu cür çağrışlar edir. İran da hər iki dövlətə qonşu ölkə olaraq münaqişənin tezliklə sonladırılmasını regional sülh və sabitliyi üçün vacib olduğunu deyir. Münaqişə başladığı andan İranın bu məsələ ilə bağlı mövqeyinin şahidi olmuşuq. O, hər zaman bu cür bəyanatlarla çıxış edir, hətta öz vasitəçiliyini irəli sürür. Biz Qarabağ müharibəsi başlayanda-1990-cı illərdə uğursuz belə olsa, İranın vasitəçiliyini görmüşük. Üçüncü dövlətlərin bu prosesdə iştirak etməməsi barədə verilən açıqlamalar isə ABŞ-lə bağlı olan məsələdir”.
Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətinə veriləcəyi barəsində iddialar dolaşır:
“İran tərəfi də bir daha bundan narahatlığını bildirmək istəyib. Ermənistan tərəfi isə açıqlama verib ki, xeyr, bizim belə bir niyyətimiz yoxdur. Bu həmçinin Ermənistan konstituasiyasına da ziddir. Çünki konstituasiyaya, əsasən, torpaqlar başqa bir dövlətə yalnız kənd təsərüffat təyinatı ilə istifadəyə verilə bilər. Ermənistan qanunları icazə vermir ki, hansısa bir ərazi starateji məqsədlər üçün başqa bir dövlətə icarəyə verilsin. Buna görə də Ermənistan tərəfi bundan imtina etdi. İranın bu cür ritorika sərgiləməsinə də heç bir səbəb yoxdur”.
Kəmalə Vəliyeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Son 10 ayda nikah və boşanma sayı məlum olub
13:18 12.12.2025
Sosial
Ölkədə doğum sayı azalıb
13:13 12.12.2025
Sosial
Azərbaycan əhalisinin sayı açıqlanıb
13:09 12.12.2025
Sosial
Tramp Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı yardım vəd etdi
13:05 12.12.2025
Dünya
Sabahın hava proqnozu açıqlanıb
12:58 12.12.2025
Ekologiya
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya
Sülh planını Zelenskidən başqa hamı bəyənir - Tramp
12:02 12.12.2025
Dünya
Neytral, tərəfsiz bir platforma da sülhə xidmət edəcək - ŞƏRH
11:56 12.12.2025
Gündəm
Ukrayna üçün seçimlər ağrılıdır - Fidan
11:49 12.12.2025
Dünya
Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib
11:27 12.12.2025
Dünya
Aİ və Ermənistan manipulyasiya edir - RƏY
11:00 12.12.2025
Gündəm
Ter-Petrosyan Paşinyanın əsas tənqidçisinə çevrilib - ŞƏRH
10:36 12.12.2025
Siyasət
Nəriman Həsənzadə palataya köçürüldü
10:17 12.12.2025
Ədəbiyyat