
Analitik: Bakı İran-İsrail böhranında vasitəçi ola bilər
13:34 10.09.2025
Region
413
Ancaq Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbətə doğru əvəzləməsi çətin məsələdir
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “I24 News” telekanalının fransız redaksiyasına müsahibəsində İsrail-İran gərginliyinə münasibət bildirib. O, Azərbaycanın münaqişə ilə bağlı tutduğu mövqeyə diqqət çəkərək deyib: “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra hər zaman çoxşaxəli, praqmatik və milli maraqlara söykənən xarici siyasəti yürüdüb və digər ölkələrlə, o cümlədən İran və İsrail ilə qarşılıqlı hörmət, suverenlik və qarşılıqlı maraqlara əsaslanan ikitərəfli əlaqələr qurur.
Azərbaycanın məqsədi bu ölkələr arasında fikir müxtəlifliyi kontekstində tərəf tutmaq deyil, əksinə konstruktiv rol oynamaq və mümkün olduğu təqdirdə onların bir-birlərini qarşılıqlı şəkildə anlamasına töhfə verməkdir.
Biz qətiyyətlə inanırıq ki, regional gərginliklər dialoqa mane olmamalıdır və gizli diplomatiya bəzən yumşalmaya doğru gözlənilməz yollar aça bilər. Biz, məhz bu ruhda hərəkət edirik: ehtiyatlı, tarazlı və məsuliyyətli şəkildə”.
“Sherg.az” xəbər verir ki, Siyasi Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov E. Əmirbəyovun mövqeyinin mahiyyətində incə, həssas diplomatik nüansların olduğuna diqqət çəkib. Onun fikrincə E. Əmirbəyov İsraillə İran arasında vasitəçilik üçün Azərbaycanın müxtəlif diplomatiya formatlarından istifadə etməsini sensasion mesaj kimi çatdırır:

“Ehtimal ki, Azərbaycan İranla İsrailin heç olmasa, texniki xarakterli razılıq əldə etməsi üçün görüşlərin təşkil edilməsinə səy göstərir. Bu, görüşlərin baş tutacağı təqdirdə, Azərbaycan İranla İsrail arasındakı brokerliyini məhdud çərçivələrdən çıxarıb onu daha çoxşaxəli diplomatiya kanalı kimi inkişaf etdirə bilər.
Azərbaycanın hərbi eskalasiya və ya geosiyasi qarşıdurma tərəflərini eyni masa ətrafına cəmləmək təcrübəsi, bunun İran-İsrail münasibətlərindəki elementləri rəsmi Bakının yeni dünya nizamındakı geosiyasi mövqeyinə yenilik gətirir.
Əgər Azərbaycanın diplomatiya marşrutlarını inkişaf etdirərək, bunu 1979-cu il İslam İnqilabından bu yana bir-birlərinə düşmən mövqe sərgiləyən İran-İsrail qarşıdurmasına proyeksiya edirsə, bu, olduqca müsbət haldır. Bununla belə, Azərbaycanın İranla İsrail arasındakı problemləri köklü olaraq müsbətə doğru əvəzləməsi çətin məsələdir. Burada sual olunur: Azərbaycan İranla İsrail arasında mümkün genişmiqyası gərginlik zamanı onları razılıq üçün vahid bir diplomatik mövqeyə gətirə biləcəkmi? Hipotetik olaraq, bu, mümkündür, çünki Azərbaycan hər iki tərəfin fikir mübadiləsi aparması və onların bir-birlərinə etimad mühitini formalaşdırmaq üçün unikal imkanlara malik ola bilər. Ancaq bu, İranla İsrailin strateji mövqelənmələri səbəbilə bir-birlərinə göstərdiyi kəskin rəqabət performasının öhdəsindən gəlmək üçün yetərli olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya
Yunanıstan nəhəngi Mauro İkardiyə rəsmi təklif göndərdi
14:58 14.09.2026
Futbol
Azərbaycanda 208 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
14:57 14.09.2026
Hadisə
Rus ordusu mühasirəyə düşdü: Vəziyyət ağırdır...
14:37 14.09.2026
Dünya