Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Latviyanın rusları deportasiya etmək qərarını qeyri-insani adlandırıb.
Axar.az xəbər verir ki, Zaxarova TASS-a açıqlamasında deportasiya edilənlərin qoca və xəstə olduğunu vurğulayıb.
"Biz qocalara və xəstələrə qarşı bu qeyri-humanist addımı və barbarlığı pisləyirik. Bu, nasizmdir", - Zaxarova bildirib.
Qeyd edək ki, Latviya hakimiyyəti 841 Rusiya vətəndaşına oktyabrın 13-dək ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.