Abbas Əraqçi Sergey Lavrovla görüşəcək

"İranın xarici işlər naziri Abbas Əraqçi gələn həftənin əvvəlində Rusiyaya planlaşdırılan səfəri zamanı rusiyalı həmkarı Sergey Lavrovla, həmçinin Rusiya Dövlət Dumasının üzvləri ilə görüşəcək".

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yaxın iki–üç gün ərzində İran XİN rəhbərinin Rusiya və Belarusa səfəri nəzərdə tutulur. Bəqayi bildirib ki, Rusiyada Lavrovla görüşlə yanaşı, parlament nümayəndələri ilə də təmaslar planlaşdırılıb.

Nazirlik sözçüsü əlavə edib ki, Belarusda Abbas Əraqçinin ölkə prezidenti Aleksandr Lukaşenko, xarici işlər naziri Maksim Rijenkov və digər yüksək vəzifəli rəsmilərlə görüşləri nəzərdə tutulur.