ABŞ prezidentinin səyləri Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi və əməkdaşlığın bütün formatlarının bərpasına yönəldilib. Ehtimal ki, onlar bu ideyanı həyata keçirmək üçün səylərini əsirgəməyəcəklər.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Nino Tsilosani deyib.
Onun sözlərinə görə, ABŞ-ın vitse-prezidenti Devid Vensin Azərbaycan və Ermənistana səfərinin konkret məqsədi var.
“Bölgəmizdə sülhün bərqərar olması tarixi andır. Biz Azərbaycanla Ermənistan arasındakı dostluq münasibətlərini alqışlayırıq”, - vitse-spiker əlavə edib.