
Bakı İrəvana sülh şansı verir - ŞƏRH
Yusif Nəzərli
04:27 05.06.2025
Region
522
Ermənistan yenə səhv edərsə, dövlət kimi yer üzündən silinəcək
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti müzakirə olunub. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, mövcud maneələr barədə qarşı tərəfə məlumat verib. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün bildirib ki, İrəvan və Bakı sülh sazişinin imzalanmasının tarixini razılaşdırmaq üçün ikitərəfli məsləhətləşmələr aparır. O, Türkiyə ilə də aktiv dialoq apardıqlarını vurğulayıb.
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının yolu Azərbaycanın tələb etdiyi iki şərtin icrasından keçir. Deputat bildirib ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmalı, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı quruma birgə müraciət göndərilməlidir:

"İki məsələ həll olunmadan sülhdən danışmaq tezdir. O mənada N.Paşinyan, A.Mirzoyan və A.Simonyanın mütəmadi sülh sazişini imzalamağa hazır olduqlarını demələri, müqavilənin imzalanması üçün məkan və zamanın müzakirəsi ilə bağlı səsləndirdikləri fikirlər tamamilə absurddur. Azərbaycan erməni xalqı ilə qalıcı sülhü imzalamaq və qonşuluq münasibətləri yaratmaq istəyir. Paşinyan hakimiyyəti isə sadəcə öz məqsədlərinə nail olmaq üçün ölkəsini "sülh göyərçini" kimi göstərməyə çalışır. Ancaq göründüyü kimi İrəvanın hərəkətləri heç də sülhə aparmır. Sülh istəyən tərəf sürətlə silahlanmaya üstünlük verməz. Müdafiə naziri Suren Papikyan Hindistanı, Fransanı, Yunanıstanı, Almaniya və digər ölkələri qapı-qapı gəzir, yeni silahların alınması üçün müzakirələr aparır".
Parlamentari vurğulayıb ki, təkcə Hindistanla 1,6 milyard dollara yaxın maliyyə tutumu olan saziş bağlanılıb və silahları tədarük etməyə davam edirlər:
"Fransa ilə 300 milyion dollarlıq anlaşmaya əsasən, zirehli avtomobillər və özüyeriyən artilleriya qurğuları gətiriləcək. Digər ölkələrlə də müqavilələr bağlanılır və Ermənistan öz ordusunun silahlanmasını müasirləşdirmək üçün əlindən gələni edir. Halbuki, Azərbaycan müharibənin başa çatdığını elan edib və Ermənistana barış əli uzadaraq sülhlə bağlı təkliflərin təşəbbüskarı olub. İrəvan hakimiyyəti yaxşı bilir ki, Azərbaycanın müharibə planları yoxdur. O halda silahlanmaqda məqsədləri nədir? Təbii ki, bu sualın cavabı var. O da Ermənistanın yenidən revanşizmə hazırlaşmasıdır. Sülhlə bağlı səsləndirdikləri fikirlər zaman qazanmaq və ordusunu gücləndirmək məqsədi daşıyır. Ermənistan rəhbərliyi dərk etmir ki, ordusunu nə qədər silahlandırsa da, Azərbaycan Ordusundan heç vaxt üstün ola bilməz. Azərbaycan buna heç vaxt imkan verməyəcək. Əgər Ermənistan "gücləndiyini" zənn edərək yenidən revanşa üstünlük versə, cavabımız çox ağır olacaq. Bu isə Ermənistanın bir dövlət kimi yer üzündən silinməsi ilə nəticələnəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm