Bəsdir, dəyişməyin vaxtıdır - Pezeşkian

İran iqtisadiyyatını şaxələndirməli və təkcə neft ixracına arxalanmamalıdır.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Nefti olmayan ölkələr necə yaşayır?! Kim deyib ki, biz ancaq neftlə yaşamalıyıq?! Əgər məhdudiyyətlər tətbiq etsələr, o zaman sanksiyaların bazarımızı “udacağından” ehtiyat etməliyik. Bəsdir! Baxışımızı dəyişməyin vaxtıdır", - Pezeşkian bildirib.