Bəybala Mirzəyev: “Mollalar ermənilərdən artıq erməniçilik edirlər”
Yusif Nəzərli
03:00 24.09.2025
Region
747
Azərbaycana heç vaxt bu jest göstərilməyib
Tehrandakı İran qülləsi erməni bayrağına büründü
İrandakı məşhur "Azadi qülləsi" Ermənistanın Müstəqillik Günü şərəfinə Ermənistan bayrağının rənglərində işıqlandırılıb. Bundan əlavə, Ermənistanın dövlət himni də səsləndirilib. Qeyd edək ki, İranda Novruzqabağı şənliklər zamanı da "Azadi qülləsi" Ermənistan bayrağı və təbrik mesajı ilə işıqlandırılıb. Ermənistanın rəsmi bayramlarından biri olan Müstəqillik Günü hər il sentyabrın 21-də qeyd olunur. Ən böyük dəstəkçisi İran da bu özəl günü unutmur.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a açıqlamasında bunu mollaların ermənilərdən artıq erməniçilik etmək cəhdi kimi qiymətləndirib. Ekspert vurğulayıb ki, fars-molla rejimi bu addımı ilə ermənilərə "dostluq və qardaşlıq" jesti edib:
"Lakin maraqlıdır ki, İrəvanın özündə mərkəzi teleqüllənin Ermənistan bayrağının rəngləri ilə işıqlandırılmasına heç bir təşəbbüs göstərilməyib. Həmçinin, əvvəlki illərdən fərqli olaraq bu dəfə Ermənistan hökuməti sentyabrın 21-də "Yerablur" məzarlığını da ziyarət etməyib. Bu da onunla bağlıdır ki, Paşinyan artıq erməni ictimaiyyətində revanşist hisslərin baş qaldırmasına rəvac verə biləcək heç bir tədbirin keçirilməsini istəmir. O, erməni cəmiyyətini sülhə hazırlamağa çalışır. 2023-cü ilin sentyabrında Qarabağı könüllü tərk edən ermənilərə humanitar yardım paylayan və "Rusiya sizinlədir!" şüarını səsləndirməklə ermənilər arasında separatçılığı yenidən körükləməyə çalışan Rusiyadan nümunə götürən İranın molla rejimi Tehranın simvolu olan qülləni erməni bayrağının rəngləri ilə işıqlandırmaqla yersiz canıyananlıq göstərir. Yeri gəlmişkən, molla rejimi heç vaxt bizə qarşı eyni jesti göstərməyib. "Azadi Qülləsi" heç vaxt Azərbaycan bayrağına bürünməyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa təşəkkür edib
19:03 16.07.2026
Rəsmi
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
18:47 16.07.2026
Hərbi
Sabah çimərliklərdə hava necə olacaq?
18:08 16.07.2026
Ekologiya
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
18:00 16.07.2026
Sosial
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
17:50 16.07.2026
Dünya
Azərbaycanın müstəqil siyasəti Moskvanı tam qane etmir - ŞƏRH
17:41 16.07.2026
Gündəm
"Kəpəz" Vadim Abdullayevi transfer etdi
17:33 16.07.2026
Futbol
Azərbaycanda yeni parklanma qaydaları təsdiqləndi
17:24 16.07.2026
Cəmiyyət
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
17:17 16.07.2026
Siyasət
Çarukyanın binası bələdiyyəyə verildi
16:57 16.07.2026
Cənubi Qafqaz
VK və "Maks" mesenceri "Google Play" mağazasından silindi
16:50 16.07.2026
Texnologiya
Kəlbəcərdə batan 11 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
16:43 16.07.2026
Hadisə
Rusiya Türkiyəyə təşəkkür etdi
16:35 16.07.2026
Dünya
Şəmkirdə yeniyetmə qıcolmadan ölüb
16:05 16.07.2026
Hadisə
İran Küveytə dron hücumu edib
15:52 16.07.2026
Gündəm
Aya aparılan SSRİ bayrağı 80 min dollara satıldı
15:44 16.07.2026
Futbol