Bəzi dairələr TDT-nin güclənməsini böyük təhlükə sayır - DEPUTAT
02:03 09.10.2025
Region
444
“Türk dövlətlərində iqtisadi artım templəri qlobal artım tempindən yüksək olur”
Əli Məsimli: “Türk dövlətləri 2030-cu ilədək dünya ölkələri sırasında daha da irəliyə getməyə qadirdir”
"Qəbələ Zirvə Görüşündə müzakirə olunan məsələlər arasında regional sülh və təhlükəsizlik məsələləri əsas yer tutmaqla yanaşı, ölkələr arasında ticarətin genişləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşlarının artırılması, enerji layihələri, logistika və s. bu kimi mühüm məsələlər də xüsusi yer tutdu". Bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli "Sherg.az"a deyib.
Millət vəkili vurğulayıb ki, bu kontekstdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş məsələsinin öz əksini tapması, Zəngəzur dəhlizi vasitəsilə həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyasının reallaşması Türk dünyasının quru nəqliyyat vasitəsi ilə birləşməsinə nail olmaq baxımından misilsiz əhəmiyyətə malikdir:
"Bu, türk dünyasını birləşdirməklə dövlətlərimiz arasında əlaqələrin genişlənməsində mühüm rol oynayacaq. Türk dövlətləri həm təbii sərvət və həm də digər resurslar baxımından dünyanın ən zəngin ölkələri sırasındadır. Mendeleyev cədvəlində olan sərvətlərin əksəriyyəti Türk dövlətləri ərazisində mövcuddur. Müstəqillik əldə etdikdən sonra yeni müstəqil türk dövlətləri həmin potensialdan bəhrələnərək sosial-iqtisadi inkişaf sahəsində xeyli iş görüblər. Amma reallaşdırılması zəruri olan xeyli imkan və görülməli işlər var. Dünya əhalisinin 2 faizindən çoxunun yaşadığı Türk Dövlətlərinin Ümumi Daxili Məhsuldakı payı cəmi 1,7 faizin ətrafında, müşahidəçi statusunda olan Türkmənistan, Macarıstan və Şimali Kipri də nəzərə alsaq, 2 faizin üstündədir. Müasir çağırışlar kontekstində türk dövlətlərinin potensialının reallaşdırılmasına yeni məzmun verilməsi önəmlidir. Son illər baş verən hadisə, proses və kataklizmlərindən qaynaqlanan yeni geosiyasi reallıqlar türk dövlətlərinin tərəfdaşlığının daha dərin məzmunlu yeni keyfiyyət halına gətirilməsini obyektiv zərurətə çevirib. Dünya Bankının versiyasına görə, dünya ölkələrinin alıcılıq qabiliyyəti pariteti üzrə hesablanmış ÜDM-nin həcminə görə 184 ölkə arasında Türkiyə 13-cü, Qazaxıstan 41-ci, Özbəkistan 59-cu, Azərbaycan 76-cı, Qırğızıstan 130-cu, Macarıstan 53-cü yerdədir. ÜDM-in nominal cəhətdən toplam həcminə görə TDT Rusiya, Braziliya və Kanadanı üstələməklə 9-cu yerdədir".
Parlamentari qeyd edib ki, ümumiyyətlə, türk dövlətlərində iqtisadi artım templəri qlobal artım tempindən yüksək olur:
"Türk dövlətləri 2030-cu ilədək dünya ölkələri sırasında daha irəliyə getməyə qadirdir. Ona görə də bəzi dövlətlər və dairələr Türk Dövlətləri Təşkilatının getdikcə güclənməsini böyük təhlükə sayır. Bu, bir daha onu göstərir ki, TDT ortaq strateji hədəflərinə çatmaqdan ötrü daha da güclənməlidir. Bundan ötrü potensialımıza layiq səviyyədə yüksək templərlə inkişaf etməliyik. Yaponlar qabaqcıl texnika və texnologiya ilə yanaşı, yapon sivilizasiyasını və dəyərlərini sosial-iqtisadi tərəqqidə əsas hərəkətverici amilə çeviriblər. Biz də türk sivilizasiyasını, milli dəyərlərimizi sosial-iqtisadi tərəqqimizin sürətlənməsinin generatoruna çevirməliyik. Türk dövlətlərinin səmərəli inteqrasiya olunmuş vahid güc mərkəzi kimi çıxış etməsi bütün sahələrdə gücümüzə güc qatacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm