Çeçenistanda məşhur güləşçinin ölümü ilə bağlı matəm elan edildi
Yusif Nəzərli
20:15 03.03.2025
Region
549
Çeçenistan Respublikasının hakimiyyəti güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev vəfatı ilə əlaqədar üç günlük matəm elan edib.
Teleqraf xəbər verir ki, müvafiq sərəncamı Ramzan Kadırov imzalayıb.
Matəm martın 3-dən 5-dək davam edəcək. Bu günlərdə bütün regionda Rusiya Federasiyasının və Çeçenistan Respublikasının dövlət bayraqları endiriləcək.
B.Saytiyev Moskva xəstəxanasında dünyasını dəyişib. İdmançı bu gün güclü təsiredici maddələrdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci il Olimpiya Oyunlarının qalibidir. O, altı dəfə dünya çempionatının, altı dəfə isə Avropa çempionatının qalibi olub. 1995-ci ildə Rusiyanın əməkdar idman ustası adına layiq görülüb, Saytiyev 4-cü dərəcəli Vətən qarşısında xidmətlərinə görə, Şərəf və Dostluq ordenləri ilə təltif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq