Çelyabinsk vilayətində partlayışda 12 nəfər ölüb, 10 nəfər itkindir - YENİLƏNİB-3
14:13 23.10.2025
Region
511
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən müəssisədə baş verən partlayış nəticəsində 10 nəfər itkin düşüb.
APA xəbər verir ki, bu barədə regionun qubernatoru Aleksey Teksler "Telegram" kanalında məlumat verib.
"Partlayış nəticəsində 12 nəfər ölüb, müəssisənin daha 10 işçisinin yeri müəyyənləşdirilir. Fövqəladə Hallar Nazirliyi hadisə yerində axtarış işlərini davam etdirir", - məlumatda deyilir.
***
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən müəssisədə baş verən partlayışda həlak olanların sayı 12-yə çatıb.
APA yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.
***
Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində yerləşən müəssisədə baş verən partlayışda həlak olanların sayı doqquza çatıb.
APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksey Teksler özünün Telegram kanalında məlumat yayıb.
“Hazırda doqquz nəfərin həlak olması təsdiqlənib. Beş nəfər xəsarət alıb, həkimlər onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. İtkin düşənlərlə bağlı məlumatlar dəqiqləşdirilir,” – deyə Teksler bildirib.
***
Rusiya Federasiyasının Çelyabinsk vilayətində yerləşən Kopeysk şəhərindəki sənaye müəssisəsində güclü partlayış baş verib.
APA xəbər verir ki, bubarədə vilayətin qubernatoru Aleksey Teksler “Telegram” kanalında məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində dörd nəfər həyatını itirib, bir neçə nəfər isə xəsarət alıb.
“Kopeysk şəhərindəki müəssisələrdən birində partlayış baş verib. Təəssüf ki, ölənlər var. Hadisə yerinə bütün operativ xidmətlər cəlb olunub, qərargah yaradılıb”, – deyə Teksler bildirib.
Qubernatorun sözlərinə görə, müəssisəyə pilotsuz uçuş aparatının zərbə endirməsi versiyası təsdiqini tapmayıb.
Hazırda xilasedici və hüquq-mühafizə orqanları hadisə yerindədir, xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.
***
Rusiyanın Çelyabinsk vilayətində, Kopeysk şəhərindəki müəssisələrdən birində güclü partlayış olub.
APA xəbər verir ki, hadisə barədə vilayətin qubernatoru Aleksey Teksler məlumat verib.
Onun sözlərinə görə, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb.
Partlayışın dalğasından bəzi yaşayış binalarının pəncərələri sınıb. Hadisə yerinə operativ xidmətlər cəlb edilib, fövqəladə qərargah yaradılıb.
Qubernatorun sözlərinə görə, yerli sakinlər və mülki infrastruktur üçün təhlükə yoxdur.
Hazırda xəsarət alanlara tibbi yardım göstərilir, partlayışın səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region