
Danışıqlar nəticəsiz qalarsa, Tramp İranı hərbi yolla vura bilər -Politoloq
08:20 09.04.2025
Region
574
İran iki yoldan birini seçəcək
İran və ABŞ arasında gedən diplomatik danışıqlar, dünya siyasətinin ən həssas mövzularından birinə çevrilib. Hər iki tərəf arasında mövcud olan münaqişələr, sanksiyalar və nüvə proqramı ilə bağlı narahatlıqlar, müharibə riskini artırmaqdadır.
Bu vəziyyətdə, birbaşa danışıqların aparılması, müharibənin qarşısını almaq üçün ən vacib addım kimi görünür. İranın əvvəlki dövrlərdə birbaşa danışıqlardan imtina etməsi, indi isə vasitəçilər vasitəsilə olsa da, yenidən bu prosesə qatılması, mövcud gərginliklərin diplomatik yolla həllinə olan ümidləri artırır.
"Sherg.az"a açıqlama verən politoloq Natiq Miri İranın danışıqlara yanaşması və ABŞ-nin qarşısına qoyduğu məqsədlərindən danışıb:

"Hər bir halda danışıqların aparılması müsbət hadisədir. Çünki danışıqlar olmalıdır ki, müharibənin qarşısını almaq da mümkün olsun. Bu, əsasən İranın ciddi güzəştlərə getməsi ilə bağlıdır. Zamanında Donald Trampdan heç bir məktub almadığını iddia edən İran sonradan bu məktubu aldığını etiraf etdi. Hətta cavab məktubunu da Oman vasitəsilə ABŞ-yə çatdırdı. Bu, əslində ikitərəfli danışıqlardır. Oman isə sadəcə vasitəçi rolunu oynayır, yəni o, danışıqların məkanı və körpüsüdür. Bu isə onu göstərir ki, İran əvvəlki kimi möhkəm və prinsipial deyil, güzəştə getməyə məcburdur. Ancaq hər bir halda danışıqların aparılması doğru qərardır. Çünki əgər müharibədən qaçmaq istəyirsənsə, dialoqa ehtiyac var. Lakin bu danışıqların nəticəsi nə olacaq, hələlik bunu proqnozlaşdırmaq çətindir. Əgər Donald Tramp İranla danışıqlara razıdırsa, deməli, o da hərbi toqquşmalardan çəkinir və istəklərini siyasi yolla həll etmək istəyir. Amma Trampın nə qədər güzəştə açıq olması isə sual altındadır. Çünki məlum olduğu kimi, o, məqsədləri yüksəkdən qoyur və təzyiqlə onları əldə etməyə çalışır. Bu gün də müşahidə etdiyimiz budur".
"İran bərabərhüquqlu danışıqlar tərəfdarı olduğunu bildirir. Rəsmi Tehran ABŞ-nin bütün şərtlərini qeyd-şərtsiz qəbul etmək fikrində deyil. Ən azından sözdə bunu iddia edir. İranın bu dediklərinə nə qədər əməl edəcəyi isə hələ ki, şübhəli bir məsələdir.
Digər tərəfdən, İranın ABŞ-dən müəyyən tələbləri var. Belə ki, əgər ABŞ yeni nüvə razılaşması istəyirsə və bu razılaşma İranın nüvə araşdırmaları prosesindən tam imtinasını tələb edəcəksə, İran da öz növbəsində sanksiyaların ləğvini və dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılmasını istəyəcək. Bu vəsaitlər milyardlarla dollar təşkil edir və İranın hazırkı vəziyyətdə bu vəsaitlərə böyük ehtiyacı var.
Yəni qarşılıqlı tələblər məlumdur, lakin güzəştlərin sərhədləri hələlik bəlli deyil. Bir tərəfdə müharibə təhlükəsi, digər tərəfdə isə diplomatik güzəştlər məsələsi dayanır. İran bu iki yol arasında necə qərar verəcək, bunu yaxın vaxtlarda - ayın 12-dən sonra görəcəyik.
Əgər danışıqlar nəticəsiz qalarsa, açıq şəkildə görünür ki, Donald Tramp İranı hərbi yolla vurmaq qərarına qəti şəkildə gəlmiş ola bilər. Üstəlik, İranın bütün nüvə obyektlərinin və strateji hərbi infrastrukturlarının tamamilə məhv edilməsi uzun illərdir İsrailin, xüsusilə də Netanyahu hakimiyyətinin əsas arzularından biridir".
Müsahibimiz sonda İran üçün seçimlərin geniş olmadığını və müharibənin real təhlükə olaraq qaldığını qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens: İranla danışıqlarda çox yaxşı irəliləyiş var
23:54 19.05.2026
Dünya
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya