“ABŞ Prezidenti Donald Tramp İsrailin istəklərini təmin etmək və özü haqda kult yaratmaq naminə Amerika hərbçilərinin həyatını qurban vermək qərarına gəlib”.
Teleqraf xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
“Tramp boş ümidlərə əsaslanaraq regionu xaosa sürüklədi və indi isə amerikalı hərbçilər arasında itkilərin artmasından narahatdır. O, sərsəm hərəkətləri ilə “Öncə Amerika” şüarını “Öncə İsrail” şüarına çevirib və İsrailin ambisiyaları naminə amerikalı əsgərləri qurban verir. Yeni yalan şayiələr yayaraq, yenidən amerikalı əsgərləri və ailələrini öz şəxsi kultunu yaratmağın bədəlini ödəməyə məcbur edir.
Bu gün İran xalqı özünü müdafiə edir. Təcavüzü İran Silahlı Qüvvələri başlamayıb”, - Laricani qeyd edib.