Ərdoğan "F-35-lər"ə qoyulan qadağanın ləğvinə ümid edir
20:21 09.10.2025
Region
306
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla keçən ay baş tutan görüşünün "F-35" təyyarələrinin Türkiyəyə satılmasına qoyulan sanksiyaların ləğvinə kömək edəcəyinə ümidini ifadə edib.
Teleqraf xəbər verir ki, Tramp və Ərdoğanın iki həftə əvvəl Ağ Evdə apardıqları danışıqların əsas mövzuları ABŞ-ın 2020-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldığına görə Türkiyəyə tətbiq etdiyi sanksiyalar və "Halkbank"ın İrana müəyyən sanksiyalardan yayınmağa kömək etməsi olub.
Lakin görüşdən sonra tərəflər bu məsələlərlə bağlı hər hansı razılıq əldə etdiklərini açıqlamayıblar.
"Ümid edirəm ki, "F-35" məsələsi həll olunacaq və sanksiyalar aradan qaldırılacaq. Biz buna nail olmalıyıq. Səfərimiz Türkiyə-Amerika münasibətlərində yeni dövr açdı və aramızdakı dialoqu və dostluğu daha da gücləndirdi", - Ərdoğan cümə axşamı deyib.
Türkiyə prezidenti “Halkbank”la bağlı vəziyyəti xüsusi qeyd edib: "Həm Ağ Evdə olarkən, həm də telefon danışığı zamanı Tramp bankla bağlı probleminin həll edildiyini deyib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm