Ərdoğan generalın ölümü ilə bağlı Liviya lideri ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfi ilə telefon danışığı aparıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat yayıb.

Məlumata görə, Ərdoğan Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Əli Əhməd əl-Həddadın həlak olduğu qəza ilə bağlı Mənfiyə başsağlığı verib. Hadisə ilə bağlı fasiləsiz araşdırmanın aparıldığını bildirib.