Ərdoğan: Ölkəyə müxalif olanlara nə desək, faydasızdır
Yusif Nəzərli
19:26 19.03.2025
Region
374
Ölkəyə müxalif olanlara nə desək, faydası yoxdur.
“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Milli Sərgi Salonunda təşkil edilən iftar proqramında deyib.
“İxracatı 32,6 milyard dollara çatdırdıq. Son 22 ildə 110 milyard dollarlıq xarici ticarət profisiti əldə etmişik. On üç məhsul üzrə ixracatda dünya ölkələri arasında ilk üçlükdəyik. Biz 104 ölkəyə toxum ixrac edirik”, - dövlət başçısı deyib.
Ərdoğan vurğulayıb ki, Türkiyənin əsl potensialı kənd təsərrüfatının hər bir sahəsində üzə çıxır: “Bu sahədə çalışanlar nəyin necə olduğunu bilirlər. Sadəcə bir neçə əsas rəqəmi açıqlayacağam. Səmərəli və keyfiyyətli istehsalı artırmaq üçün son 22 ildə kənd təsərrüfatına 2 trilyon 70 milyard lirə dəstək verdik, 2025-ci ildə 4 milyard lirəlik ödəniş etdik ki, bu göstərici ilin sonuna qədər 135 milyard lirəyə çatacaq. Ölkəmizdə 206 növ kənd təsərrüfatı məhsulu istehsal olunur və onların bir çoxu ilə özümüzü təmin edirik”.
Dövlət başçısının sözlərinə görə, Türkiyə tərəvəz və meyvə istehsalına görə dünyada 4-cü yerdədir: “Yumurta istehsalına görə Avropada ikinciyik. Bunlar bizim aqrar sektorumuzun uğurlarıdır, müxalifət bunu təhriflərlə gizlətməyə çalışır.
Məqsədimiz vətəndaşlarımızın keyfiyyətli, sağlam məhsullara çıxış əldə etməsidir. Vətəndaşlarımızın pul ödədiyi məhsulda hər hansı saxtakarlıq və aldatma olmamasına əmin olmaqdır”.
Türkiyə lideri qeyd edibki, ölkədə ərzaqların keyfiyyətinin yoxlanılması ilə yanaşı, qiymətlərin artımı ilə mübarizə də davam edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət