
Ermənistan Bakının tələblərini yerinə yetirərsə, iki ölkə arasında münasibətlər normallaşacaq - ŞƏRH
Yusif Nəzərli
15:07 10.05.2025
Region
423
"Zəngəzur dəhlizinin, yəni kommunikasiya qovşağının açılması ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixdə imzaladığı sənəd var. İrəvan hökuməti ilk növbədə həmin sənədin icrasını həyata keçirməli, üzərinə götürdüyü öhdəlikləri sonadək yerinə yetirməlidir".
Bu barədə millət vəkili Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında deyib.
Deputat bildirib ki, Ermənistan üzərinə düşən öhdəliklərə əməl edərsə, Bakının tələblərini yerinə yetirərsə, o zaman həm iki ölkə arasında münasibətlər normallaşacaq, həm də bütövlükdə Cənubi Qafqazda sabitlik bərqərar olunacaq:

"Zəngəzur dəhlizinin açılması da tələblərimiz arasında önəmli məsələlərdəndir. Əslində, əvvəlki dönəmdə Azərbaycanın Ermənistanla sülh danışıqlarında haqlı tələbləri sırasında Zəngəzur dəhlizinin açılması tələbi də yer alırdı. Bakı Zəngəzur dəhlizinin açılacağı təqdirdə sülh sazişinin imzalana biləcəyini vurğulayırdı. Amma bu tələb müəyyən qədər arxa plana keçirildi. Əlbəttə, kommunikasiyaların açılması birmənalı reallaşacaq. Sadəcə olaraq, indiki məqamda Ermənistanın qarşısında başqa öhdəliklər qoyulub. İrəvan hökuməti sülh müqaviləsinin imzalanması üçün öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından birmənalı imtina etməlidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun artıq olmayan "vasitəçiliyi" hüquqi müstəvidə aradan qaldırılmalıdır. Bu da tərəflərin birgə müraciəti əsasında mümkündür. Bununla yanaşı, bölgəyə gətirilmiş Avropa İttifaqının "müşahidə missiyası", əslində casus şəbəkəsi şərti sərhədlərimizdən getməlidir".
Parlamentari qeyd edib ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi gedir və müəyyən bir hissə tamamlanıb:
"Amma qarşı tərəfin qeyri-konstruktiv mövqeyi səbəbindən bu proses uzanır. Ermənistan bu məsələdə də konstruktivlik nümayiş etdirməlidir. Həmçinin, hələ də Azərbaycanın 4 kəndi işğal altındadır. Bu kəndlər geri qaytarılmalıdır. Eyni zamanda haqlı tələblərimiz arasında zamanında dədə-baba yurdlarından qovulmuş insanlarımızın Zəngəzura, Göyçəyə, Qərbi Azərbaycanın digər bölgələrinə qayıdışının təmin olunmasıdır. Bu da Ermənistan qarşısına qoyulan haqlı tələblərdən biridir. Sülh təkliflərmiz beynəlxalq hüququn əsas 5 prinsipinə söykəndiyi kimi bugünki tələblərimiz də beynəlxalq hüquqa əsaslanır. Bunlar mütləq mənada yerinə yetirilməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya