Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının nümayəndələri Rusiya ilə münasibətlərdə yaranan problemləri və müxalifət liderlərinin həbslərini Rusiya səfiri Sergey Kopırkinlə müzakirə ediblər.
Sherg.az xəbər verir ki, fraksiyanın rəhbəri Anna Qriqoryan və katibi Artur Xaçaturyan Rusiya səfiri Sergey Kopırkin və səfirliyin müşaviri Mariya Korotina ilə görüşüblər.
Görüş zamanı Ermənistan və Rusiya parlamentləri arasında əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb. Deputatlar Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətindən və onların inkişafında müşahidə olunan mənfi tendensiyalardan narahatlıqlarını bildiriblər.
Tərəflər həmçinin qarşılıqlı ticarətə tətbiq edilən məhdudiyyətləri müzakirə ediblər. Deputatların sözlərinə görə, bu məhdudiyyətlərin nəticələri Ermənistan vətəndaşlarına, kənd təsərrüfatı və fermer təsərrüfatlarına, eləcə də biznes nümayəndələrinə birbaşa təsir göstərir.
Görüşdə müxalifət liderlərinin həbsləri məsələsinə də toxunulub.