Yerevanda Ermənistanın konsessiyasında olan Cənubi Qafqaz Dəmir Yolunun fəaliyyəti ilə bağlı Ermənistan-Rusiya işçi qrupunun ilk görüşü keçirilir.
Sherg.az xəbər verir ki, görüş Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyində mətbuat üçün qapalı keçirilir.
İşçi qrup oktyabr ayında dəmir yolunun fəaliyyəti ilə bağlı məsələlərin həlli məqsədilə üç aylıq müddətə yaradılıb. Ermənistan tərəfdən qrupa nazir müavini David İvanyan, Rusiya tərəfdən isə nəqliyyat nazirinin müavini Aleksey Şilo və “Rusiya Dəmir Yolları”nın baş direktor müavini Vyaçeslav Pavlovski daxildir.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yolu “Rusiya Dəmir Yolları”nın törəmə şirkətidir və Ermənistanın dəmir yolu sistemini konsessiya əsasında idarə edir.