Ermənistanda sabiq nazir vətəndaşları ümumi boykota çağırıb
Yusif Nəzərli
23:44 31.01.2025
Region
547
Ermənistanda indiki formada tətbiq edilən universal bəyannamə sistemi iqtisadi inkişaf və ya vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına olan ümidlər kontekstində faydasızdır. Ona görə də ümumi boykota getmək və bəyannamələrin məcburi təqdim edilməsinin ləğvinə nail olmaq lazımdır.
“Report” xəbər verir ki, bu fikirləri “Həyat üçün ölkə” Partiyasının həmtəsisçisi, keçmiş əmək və sosial məsələlər naziri Mesrop Arakelyan deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 31-də keçirdiyi mətbuat konfransında bildirib ki, 2024-cü il üçün gəlir vergisi bəyannaməsinin təqdim edilməsi üçün son müddət 2025-ci il mayın 1-dən noyabrın 1-nə köçürülüb.
"Ermənistan hakimiyyəti beynəlxalq təcrübəyə istinad edir, lakin onların təbliğ etdikləri universal bəyannamə sistemi əksər ölkələrdə qəbul edilən modeldən xeyli fərqlənir. Onun sözlərinə görə, hakimiyyətin nəzərində Ermənistan vətəndaşları vergiləri gizlədə bilən potensial cinayətkarlardır. Burada sadə vətəndaşların həyatını yaxşılaşdırmaq istiqamətində nəzərə çarpan heç bir tendensiya yoxdur”, - sabiq nazir deyib.
"İndi bəyannamələri doldurmayın, biz hələ də boykot edib imza toplamaqla qanunu ləğv edə bilərik. Əgər son tarix buraxılsa, kimin doldurub, kimin doldurmadığını öyrənənə qədər bildiriş prosesi təxminən iki ay çəkəcək.
Bəyannamə bildirişin alındığı tarixdən 30 gün ərzində doldurula bilər və yalnız bundan sonra onu doldurmasanız, 5 000 dram cərimə gələcək. Mən cəmiyyətin emosiyaya əsaslanmayan qərar verməsini istəyirəm. lakin əminliklə və dəqiqliklə bildirirəm ki, bu məcburi bəyannamə hamımıza qarşı yönəlib”, - Arakelyan bildirib.
O, hesab edir ki, Ermənistan hakimiyyətinin elementar iqtisadi bilikləri yoxdur, əks halda belə bir addım atmazdılar. Çünki onların məqsədi daha çox vergi toplamaqdırsa, o zaman bunu belə etmək mümkün olmayacaq.
"Nikol Paşinyan öz ətrafına iqtisadi bilikləri zəif olan insanları toplayıb və bu, təhqir deyil. Məsələn, mənim kimya sahəsində biliyim yoxdur, amma mən Kimya İnstitutunda işləmirəm və orada yüksək vəzifə tutmuram. Əhalinin 25 %-i yoxsul olan və aylıq gəliri 40 min dramdan çox olmayan 2,3 milyon insanı bir sistemdə birləşdirmək ağlabatan deyildi. Hakimiyyət çox yaxşı bilir ki, ölkəni kim talan edir. Hökumətdəkilər bu gün onlarla uğurlu əməkdaşlıq edirlər. Gedin onları ovlayın”, - keçmiş nazir qeyd edib.
Arakelyan vurğulayıb ki, Ermənistanda bu qalmaqallı qanunun qəbulundan əvvəl bank sirrini əldə etmək yalnız məhkəmənin qərarı ilə mümkün idi: hətta baş prokurorun da bank sirrini əldə etmək imkanı yox idi, amma bu gün vergi idarəsinin ən aşağı vəzifəli məmuru istənilən vətəndaşın hesabından çıxarış edə bilər. Sabiq nazir hesab edir ki, gələcəkdə “qara bazar”da insanların gəlirləri ilə bağlı məlumat bazaları peyda ola bilər.
O, həmçinin xatırladıb ki, ötən il Ermənistanda vergi daxilolmaları 220 milyard dram (550 milyon dollar) azalıb. Yəni bu gün dövlət artıq ciddi fəsadlarla dolu vergi problemi ilə üzləşib.
Arakelyan baş nazir Paşinyanın bəyannamə sisteminin dövlətinin olmasının əlaməti barədə bəyanatını qeyri-ciddi hesab edir.
"Belə çıxır ki, bəyannamə sistemi olmayan ölkələr dövlət deyil? Yəni biz bu ildən nəhayət ki, dövlətə çevrilmişik?”, - o sual verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya