“Bütün ermənilərin katolikosu II Qaregin istefa verməlidir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentindəki hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan deyib.
“Kəskin addımlar atmaq istəmirik, çünki kilsə bizim üçün müqəddəs yerdir. Ktriç Nersisyan (II Qaregin) bunu yaxşı başa düşür. Amma o, kilsəni öz cinayət və digər qanunsuz əməllərini gizlətmək üçün yerə çevirib. Kilsə təsir agentləri tərəfindən Ermənistana qarşı hibrid müharibə aləti kimi istifadə edilə bilməz. Ümid edək ki, Ktriç Nersisyan ən qısa vaxtda özündə sağlam düşüncə tapacaq və gedəcək”, - o bildirib.