
Əsl hədəf İrandır : Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır
Yusif Nəzərli
02:06 20.03.2025
Region
335
ABŞ Prezidenti Donald Trampın əmri ilə ölkə donanması 15 martdan etibarən Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar təşkil etməyə başlayıb.
Tramp deyib ki, “husilərin atdığı hər bir güllə bundan sonra İranın silahlarından və rəhbərliyindən atılan güllə kimi qiymətləndiriləcək”. İranın BMT-dəki daimi nümayəndəliyi isə bəyan edib ki, ölkəyə istənilən təcavüz aktının nəticələri olacaq və buna görə ABŞ məsuliyyət daşıyacaq.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, aydın məsələdir ki, Trampı nə Yəmən, nə buradakı xalq, nə də husilər maraqlandırır. Düzdür, husilər son illərdə İsrailə zərbələr vuraraq, ya da Ədən körfəzində beynəlxalq ticarəti iflic nöqtəsinə gətirəcək səviyyədə ciddi aktlar gerçəkləşdirib. Lakin bunlara baxmayaraq, ABŞ əməliyyatlar keçirmək kimi radikal addım atmamışdı:

"Trampın ABŞ qoşunlarına Yəməndə husilərin nəzarətində olan ərazilərə irimiqyaslı hücumlar etmək əmri, Azərbaycan məsəli ilə desək, “Qızım, sənə deyirəm, gəlinim sən eşit” məntiqinə söykənir. Çünki Tramp və komandasından verilən açıqlamalarda əsl hədəfin İran olduğu vurğulanır. Əslində, Trampın niyyəti İranla müharibə, ya da bu ölkəyə müdaxilə deyil. Sirr deyil ki, İran ən zəif halı ilə belə bu kimi müdaxiləyə qarşı ölüm-dirim savaşına başlayacaq. Daha dəqiq desək, Tehran dini ideologiya əsaslı müharibə vəziyyətinə keçə bilər. Belə olduqda isə İran ABŞ üçün ikinci Əfqanıstan olar".
Ekspertə görə, İran-ABŞ qarşıdurması və bu ölkəyə beynəlxalq koalisiyanın hərbi müdaxiləsi İsrailin planıdır:
"Təl-Əviv hər vəchlə çalışır ki, buna nail olsun. Amma Tramp son ana qədər bu versiyadan yayınmaq istəyir. Trampın hədəfi İranı nüvə sazişinə məcbur edib, prosesi səngitməkdir. Belə olarsa, Vaşinqton İsrailin tələblərini bloklaya bilər. Lakin Tehranın mövqeyi, xüsusilə İran ali rəhbəri Əli Xameneinin geri addım atmaması gərginliyi artırır. Nəticə etibarilə rəsmi Tehran nüvə sazişinə qayıtmasa, gec-tez İrana qarşı vaxtilə İraqda olduğu kimi beynəlxalq koalisiyanın iştirakı ilə hərbi müdaxilə qaçılmaz olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət