Etirazçılara qarşı heç bir güzəşt olmayacaq - Ejei

Bu dəfə etirazçılara qarşı heç bir güzəşt olmayacaq.

Axar.az xəbər verir ki, bunu İran məhkəmə sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejei deyib.

O, etiraz aksiyalarının arxasında xarici qüvvələrin olduğunu iddia edib:

"İş adamlarının etirazlarının fonunda bir çoxları da ölkənin milli təhlükəsizliyini hədəf alaraq iğtişaşlar törətməyə çalışır, bunlarla heç cür anlaşma olmayacaq".

Ejei etirazçılara qarşı sərt reaksiya veriləcəyinin həm də ABŞ və İsrail hökumətlərinin bəyanatları ilə əlaqəli olduğunu bildirib:

"Ona görə ki, ağılsız və işğalçı ABŞ Prezidenti Donald Tramp və cinayətkar sionist rejimin Baş naziri Benyamn Netanyahu iğtişaşçıları dəstəklədiklərini açıq şəkildə bəyan ediblər".

O, İranın Baş prokuroru Məhəmməd Müvəhhidi Azada müraciət edərək, etirazçılara qarşı sərt tədbirlər görülməsini və heç bir güzəşt olunmamasını tələb edib.