Gürcüstan ruslara qadağa qoydu: 300 avrodan artıq olmaz!

Gürcüstan Bankının kartlarına sahib olan Rusiya vətəndaşları üçün 300 avrodan çox alış-verişə məhdudiyyət tətbiq edilib.

Bakupost.az xəbər verir ki, Gürcüstan Bankının mətbuat xidmətinin TASS-a açıqlamasında bunun beynəlxalq sanksiyalara əməl etmək öhdəliyi ilə bağlı olduğu bildirilib.

"Bank of Georgia” ABŞ, AB və Böyük Britaniyanın tətbiq etdiyi sanksiya tələblərinə əməl edib", - bankdan qeyd edilib.