Gürcüstanda bəzi turizm obyektləri bağlanıb

Gürcüstanda çətin hava şərait səbəbindən bir sıra turizm obyektləri ziyarətçilər üçün müvəqqəti olaraq yanvarın 4-dən bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri Agentliyi məlumat yayıb.

Bildirilir ki, çətin meteoroloji şəraitlə əlaqədar olaraq Staplia, Navenaxevi mağarası, Okatse kanyonu və Okatse şəlaləsi ziyarətçilər üçün müvəqqəti bağlanıb.

Hazırda bağlı olan Prometey mağarası və Martvili kanyonu isə yanvarın 5-dən etibarən ziyarətçilərin qəbulu üzrə adi rejimdə fəaliyyətini bərpa edəcək.