
Hazırda ABŞ və İsrailin birlikdə İrana hücum etməsi mümkün deyil -ŞƏRH
11:32 04.03.2025
Region
430
ABŞ-nin müdafiə naziri Pit Heqset ilə İsrail müdafiə naziri İsrail Katz arasında telefon danışığı olub. Bu barədə İsrail müdafiə naziri “X”də paylaşım edib. Telefon danışığı zamanı İsrail müdafiə naziri İranı region üçün əsas təhlükə adlandırıb: “İran regional təhlükəsizliyə ən böyük təhdid olaraq qalır. Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ABŞ-la birlikdə çalışacağıq”. Katz Trampa İsrailə silah və müdafiə ləvazimatlarının çatdırılmasını sürətləndirdiyinə görə təşəkkür edib. Bundan əlavə bütün girovların azad edilməsinin və Qəzzada HAMAS-ın hakimiyyətinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Tərəflər güclü ABŞ-İsrail müttəfiqliyinə sadiqliklərini təsdiqləyib, İranın sabitliyi pozan ambisiyalarına qarşı sıx koordinasiyanı davam etdirməyə razılaşıblar.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, ABŞ və İsrailin İrana qarşı belə siyasətiylə ilk dəfədi qarşılaşmırıq:

“Lakin gündəmi zəbt edən ABŞ və İsrailin birlikdə İrana hücum edəcək fikirləri aktual olsa da, bunun praktiki olaraq hazırda vaş verməsi mümkün deyil. Çünki İsrailin özünün Yaxın Şərqlə bağlı qeyri-müəyyənlikləri var. İsrail Suriya məsələsində Türkiyənin qazandığı diplomatik zəfərdən ehtiyat edir. Eyni zamanda Qəzza zolağında olan problemi tam şəkildə həll edə bilmədi və nəticə etibarilə atəşkəsə razılaşdı. Üstünlük İsrailin tərəfində olsa da, problemlər tamamilə onun istədiyi kimi həll olunmayıb. Bəşər Əsəd rejimi devrilsə də, İran İraqda hələ də güclüdür, Husilər də Yəməndə ayaqdadırlar. İsrailin belə qeyri-müəyyənlik şəraitdə İrana hücum etməsi real görünmür. Eyni zamanda Amerika Qrilandiyaya ərazi iddiası edib, Damimarka ilə diplomatik kriz yaşayıb. Ukrayna məsələsində də ABŞ Avropayla müəyyən gərginlik durumundadır. Çin və Sakit okean məsələsi də Vaşiqton üçün həll olunmayan problem olaraq qalır. Yəni bütün bunların fonunda Amerikanın nizamsız şəkildə İrana hücum etməsi də məntiqsizdir. Amma İranın yenidən öz təsirini yaymaq kimi niyyətləri ortaya çıxarsa, Amerika və İsrail müttəfiqliyinin hansısa addımlar atmağını gözləyə bilərik. Uzaq prespektivdə bütün problemlər həll edildikdən və hər bir ölkənin xarici siyasətində Yaxın Şərq problemi ortaya çıxdığı halda tərəflərin qarşıdurmaya getmə ehtimalı var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq