İran 3 Avropa ölkəsinin səfirlərini XİN-ə çağırdı
Yusif Nəzərli
06:40 14.03.2025
Region
321
Almaniya və Fransanın Tehrandakı səfirləri, həmçinin Britaniyanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Buna səbəb BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı ilə bağlı keçirdiyi qapalı iclas olub.
İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Sülh və Təhlükəsizlik Baş direktorluğu bu üç ölkəni məsuliyyətsiz və təxribatçı yanaşmada ittiham edib və kəskin etirazını bildirib.
“İranın nüvə proqramı ilə bağlı Təhlükəsizlik Şurasının qapalı iclasının keçirilməsi heç bir texniki və hüquqi əsasa malik deyil və ABŞ-ın birtərəfli və gərginlik yaradan yanaşmalarına uyğun olaraq təxribat və siyasi hərəkət hesab olunur”, - İran XİN-i qeyd edib.
Xatırladaq ki, martın 13-də İranın nüvə proqramı ilə bağlı iclas Şuraya üzv olan 15 ölkədən altısının, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Yunanıstan və Panamanın tələbi ilə keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət