İran İslam Respublikasının elm, texnologiya və iqtisadiyyat üzrə vitse-prezidenti Hüseyn Əfşin bildirib ki, İranda internetə çıxış 23 yanvardan gec olmayaraq bərpa olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Qeyd edək ki, İranda baş vermiş iğtişaşlara görə yanvarın 8-dən etibarən ölkədə internetə çıxış məhdudlaşdırılıb.