
İran, Rusiya, Ermənistan üçbucağı çat verib -Politoloq
Yusif Nəzərli
12:17 05.08.2025
Region
478
Bu çat perspektivdə Cənubi Qafqaz ölkələri arasında üçbucağın yaranması ilə əvəz oluna bilər
Cənubi Qafqaz regionunda baş verən son siyasi proseslər bir sıra maraqlı dəyişiklikləri gündəmə gətirir. Xüsusilə Ermənistanın xarici siyasətindəki yeni kursu onun Rusiya və İranla olan ənənəvi münasibətlərinə təsir göstərməkdədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində qonşuların digər aktorlarla münasibətlərinin İrana qarşı yönəlməməli olduğunu bildirib. O Ermənistanın bu mühüm prinsipi çox yaxşı başa düşdüyünü qeyd edib.
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:

"Ermənistanın Rusiya və İranla birlikdə regionda hər hansı üçbucağı yaratması məsələsi artıq yavaş-yavaş tarixə gömülməkdədir. Çünki Ermənistan Rusiyadan uzaqlaşmağa çalışdığını müxtəlif vasitələrlə bildirir. Məsələn, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün tədbirlərini baykot edib. Həmçinin rusiyalı milyarder Samvel Karapetyanı həbs edib və onun şirkətinin sahib olduğu Ermənistan Kollektiv Təhlükəsizlik Şəbəkəsini milliləşdirmək istəyir. Regionda bu tip üçbucaqların yaradılması və onun perspektivdə faydalı ola biləcək ehtimalı azalır.
Ermənistan avqustun 12-də ABŞ ilə birlikdə hərbi təlim keçirməyə hazırlaşır".
Ekspert Amerikaya yaxın olmaq istəyən Ermənistanın İran və Rusiya ilə "üçbucaq" yaradacağının məntiqli görünmədiyini söyləyib:
"Ermənistan Rusiyadan yavaş-yavaş uzaqlaşmağa çalışır. Buna görə də Rusiya bundan qıcıqlanır. Cənubi Qafqazda Ermənistanı əldən buraxmamaq üçün müxtəlif vasitələrdən istifadə edir. Odur ki, Rusiya Cənubi Qafqazda əvvəllər Ermənistan vasitəsilə oynadığı rolu indi özünün ayrı-ayrı "humanitar" adlı təşkilatları ilə həyata keçirməyə çalışır. Məsələn, "Rossotrudniçestvo" adlı təşkilat vasitəsilə Ermənistan ərazisində "Rusiya sizinlədir" layihəsini gerçəkləşdirməsi Moskvanın Cənubi Qafqazda yürütmək istədiyi yeni görüntüdür. Bu layihə ilə guya Azərbaycana inteqrasiyadan imtina etmiş ermənilərə humanitar yardım göstərilir. Ola bilər ki, bu, perspektivdə Gürcüstan da həyata keçirilsin".
Müsahibimiz İran, Rusiya, Ermənistan üçbucağının çat verdiyini deyib:
"Bu çat perspektivdə Cənubi Qafqaz ölkələri arasında üçbucağın yaranması ilə əvəz oluna bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya