İran şahının oğlu: İslam Respublikasının zülmətinə qalib gələcəyik

İranın sonuncu şagı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi yenidən Tehrandakı hakimiyyətlə bağlı diqqətçəkən açıqlaması ilə gündəmə gəlib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“İnanırıq ki, bu qaranlıq gecənin sonu işıqlı olacaq və İranın nuru İslam Respublikasının (molla rejiminin) zülmətinə qalib gələcək. Çətinliklər sona çatacaq və şöhrət, azadlıq və rifah yenidən torpağımıza qayıdacaq”, - Pəhləvi bildirib.

Xatırladaq ki, İranın keçmiş şahzadəsi hazırda ABŞ-də yaşayır, İranın mövcud hakimiyyətinə qarşı sərt çıxışları ilə tanınır. Rza Pəhləvi hakimiyyətə iddialıdır.