İran səfirlərini Tehrana çağırdı

Almaniya, Fransa və Böyük Britaniyadakı (Avropa üçlüyü) İran səfirləri məsləhətləşmələr üçün Tehrana geri çağırılıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, qərar nüvə proqramı ilə bağlı sanksiyaların bərpası səbəbindən qəbul edilib.