İran və Rusiya arasında memorandum imzalandı

Moskva və Tehran nümayəndə heyətləri İranda kiçik atom elektrik stansiyalarının tikintisinə dair anlaşma və əməkdaşlıq memorandumu imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Rosatom”un saytında məlumat verilib.
“Görüşdən sonra iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri İranda kiçik atom elektrik stansiyalarının tikintisi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar. Sənəddə bu strateji layihənin İranda həyata keçirilməsinə yönəlmiş konkret addımlar öz əksini tapıb”, - məlumatda deyilir.

Sənəd dövlət korporasiyasının (“Rosatom”) rəhbəri Aleksey Lixaçevlə İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının prezidenti Məhəmməd Eslami arasında Moskvada keçirilən görüşdən sonra imzalanıb.