"Biz strateji tərəfdaşlarımız olan Rusiya və Çinlə sıx təmasdayıq".
Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
O, qlobal güclər arasında müzakirələrin aparılmasının təbii olduğunu qeyd edib. Diplomatın sözlərinə görə, Pekin və Moskva Tehranın mövqeyindən məlumatlıdırlar və ABŞ-nin birtərəfli yanaşması ilə razılaşmırlar.
İ.Bəqai əlavə edib ki, Rusiya və Çinlə regional proseslər və digər məsələlər üzrə məsləhətləşmələr telefon danışıqları, Pekin və Moskvadakı İran səfirlikləri, eləcə də bu iki ölkənin Tehrandakı səfirləri vasitəsilə mütəmadi davam etdirilir.