İran Zəngəzura qarşı alternativ yollar axtarır -RƏY
Yusif Nəzərli
06:20 06.08.2025
Region
759
Türkmənistan Azərbaycanla münasibətləri riskə atmaz
Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Türkmənistanda səfərdədir. O, səfər çərçivəsində İranın vitse-prezidenti Məhəmmədrza Arif ilə görüşüb. Tərəflər görüş zamanı iki ölkə arasında mehriban qonşuluq və çoxsahəli əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini bildiriblər. Xaçaturyan İran şirkətinin Şimal-Cənub avtomobil dəhlizinin Mehri-Qacaran hissəsində həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, onların regional kommunikasiyaların inkişafında əhəmiyyətini qeyd edib.
Siyasi şərhçi Tural İrfan Sherg.az-a bildirib ki, Türkmənistanın Ermənistan ilə əlaqələri əvvəldən mövcuddur və İran şirkətinin dəhliz məsələsini Zəngəzura alternativ olaraq nəzərdə tuturlar. Lakin ekspert hesab edir ki, həm Türkmənistanın Azərbaycanla münasibətləri, həm də Ermənistan ilə sülh danışıqlarının getdiyi ərəfədə Azərbaycanın maraqlarına zidd addımların atılmasına yol verməzlər:
"Türkmənistanın İrəvanla yaxınlığı hər bir halda Türkiyə və Azərbaycanın eyni zamanda Türk birliyinin maraqlarına əks ola bilməz. Bunu Ermənistanın özü də yaxşı anlayır. Sadəcə, İranın burada pozuculuq fəaliyyəti Zəngəzur dəhlizinə qarşı yönəlmiş addımlardır. Mehri-Qacaran hissəsində Şimal-Cənub avtomobil dəhlizi Zəngəzur dəhlizi qədər əhəmiyyətli və mühüm deyil, onu əvəz edə bilməz. İran tərəfi mümkün qədər cəhd edir ki, Zəngəzur dəhlizinin əhəmiyyətini azaltsın, ona alternativ göstərməklə maneələr yaratsın. Yaxud özünün nəzarətində olan alternativ dəhliz həyata keçirsin. Hər bir halda bu kimi proseslər Zəngəzur dəhlizinin açılmasına əks olaraq hesablansa da, prosesin qarşısını ala bilməyəcək. Zəngəzur dəhlizi mütləq açılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya