İrandan Kərbəla ziyarətinə gedən zəvvarların avtobusunun partladılmasına görə təqsirləndirilən iki İŞİD üzvü edam edilib.
Axar.az xəbər verir ki, bu barədə məhkəmə orqanları məlumat yayıb.
Qeyd edilib ki, Tehranın İlam əyalətində avtobusun partladılmasında iştirak edən İŞİD terrorçuları - Rəsulun oğlu Amanç Karavançi və Abdullah oğlu Arslan Şeyxi (Abdürrahman) barəsində çıxarılan edam hökmü icra olunub.
Xatırladaq ki, hadisə 2023-cü ildə baş verib və nəticədə bir azyaşlı ölüb.