İranda etirazçıların sayı ilk bir neçə günlə müqayisədə üç dəfə azalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb:
"Son iki-üç gün ərzində küçələrdə etirazçıların sayı azalıb, vəziyyət tam sakitliyə doğru gedir. Aksiyalarda xalqın əleyhinə olan təlim keçmiş və qəddarcasına davranan qruplar olub".
Agentliyin məlumatında qeyd edilib ki, bu gün keçirilən etirazlarda 568 hüquq-mühafizə orqanı əməkdaşı və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK, İran silahlı qüvvələrinin bir hissəsi) bağlı "Bəsic" təşkilatının daha 66 üzvü yaralanıb.
Agentlik qeyd edib ki, 6 yanvar səhəri etibarilə etirazlar zamanı 568 hüquq-mühafizə orqanı əməkdaşı və İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan Bəsic təşkilatının daha 66 üzvü yaralanıb.