İranda “MOSSAD” casusu edam edildi
20:35 30.09.2025
Region
311
İran hakimiyyəti ölkənin milli təhlükəsizliyinə qarşı casusluqda ittiham edilən Bəhman Çubiaslın edam olunduğunu açıqlayıb.
Modern.az xəbər verir ki, onu “MOSSAD”ın “başlıca agenti” adlandıran rəsmi qurumlar Ali Məhkəmənin ölüm hökmünü qüvvədə saxladığını bildiriblər.
Məlumatlara görə, Bəhman telekommunikasiya sahəsində fəaliyyət göstərən və dövlətin gizli layihələrinə çıxış imkanına malik şirkətdə yüksək vəzifə tutub. Məhz bu peşəkar təcrübəsi İsrail kəşfiyyatının diqqətini cəlb edib. İddialara əsasən, Çubiasl ilk dəfə Fars körfəzi ölkələrindən birində keçirilən ixtisasartırma kursunda “MOSSAD” nümayəndələri ilə təmas qurub.
Məhkəmə sənədlərində yazılıb ki, ona xidməti noutbukla səfərlər tapşırılıb. İlk dayanacaq Ermənistan, sonra isə Hindistan olub. Bütün xərcləri “MOSSAD” agentləri qarşılayıb, ona maddi mükafatlar və yeni texniki kurslarda iştirak imkanları yaradılıb. Daha sonra İrlandiyada 45 günlük intensiv hazırlıqdan keçib.
Ümumilikdə, Çubiaslın 9 ölkədə - Ermənistan, BƏƏ, Hindistan, Tailand, Vyetnam, İrlandiya və Bolqarıstanda 63 dəfə “MOSSAD” nümayəndələri ilə görüşdüyü iddia olunur. Bu müddətdə ona casus avadanlıqları verilib və gizli tapşırıqlar ötürülüb.
İran məhkəməsi bildirir ki, əməliyyatların məqsədi dövlət məlumat mərkəzlərinə sızmaq və kritik sistemlərdən gizli məlumat toplamaq olub. Paralel olaraq, ölkənin strateji idxal marşrutlarını izləmək və İran şirkətlərinə İsraillə əlaqəli təchizatçılardan avadanlıq almağı tövsiyə etməklə sabotaj həyata keçirmək planlaşdırılıb.
Edam xəbəri BMT-nin və Avropa İttifaqının Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra açıqlanıb. İran hakimiyyəti son aylarda İsrailə işlədiyi iddia olunan yüzlərlə şəxsin saxlandığını bəyan edir. Lakin hüquq müdafiəçiləri bəzi hallarda bu ittihamların siyasi opponentlərə qarşı istifadə edildiyini vurğulayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ordusu Oman körfəzində ABŞ-yə məxsus esminesə hücum edib
23:58 03.06.2026
Gündəm
Tovuz rayonunda ölümlə nəticələnən ağır qəza baş verib
23:13 03.06.2026
Hadisə
İran Parlamentinin sədri: Ölkəmizə qarşı boş təhdidlər dövrü bitib
22:50 03.06.2026
Dünya
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat