İranın cənub və mərkəzi rayonlarında daşqınların, qar yağışı və çovğunların eyni zamanda baş verməsi nəticəsində 8 nəfər ölüb, 42 min 112 nəfərin humanitar yardıma ehtiyacı yaranıb.
"Report" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətə səbəb kimi islam respublikasının quraqlıqla mübarizə üçün süni yağış yaratmaq məqsədilə bulud səpmə prosesinə başlaması göstərilir.